Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini Türkiyə tərəfi də təsdiqləyib.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz məlumat verib. Səfir bildirib ki, prezidentin Moskvaya səfəri martın birinci yarısına planlaşdırılır.
Diriözün sözlərinə görə, Putin-Ərdoğan görüşündə hər iki ölkə arasındakı münasibət barədə müzakirələrin aparılacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər