“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan hər kəsi eqolarını kənara qoymağa və qısa zamanda hökuməti qurmağa çağırıb:
“Ortaya çıxan nəticə millətin iradəsidir, hər kəs millətin seçiminə hörmət etmək məcburiyyətindədir. Seçimin nəticəsi xalqımızın tək partiyanın iqtidara gəlməsinə imkan verməyən siyasi tabloya üstünlük verdiyini göstərdi. Bu tablonu siyasi partiyaların da olduğu kimi görməsini istəyirəm. Türkiyəni hökumətsiz, başsız qoyanlar, eqolarına məhkum olanlar, bunun hesabını nə tariximizə, nə də millətimizə verə bilməzlər. Hər kəs eqolarını bir kənara buraxıb tez zamanda hökuməti qurmalıdır.
Milli gəliri 800 milyard dollara çatan, ixracatını 60 milyard dollara çatdıran, işsizlik və inflyasiyanı tək xanalı rəqəmlərə qədər endirən bir ölkə bir addım da geri getməməlidir. Əsla heç bir siyasətçi “mən” demək haqqına sahib deyil. Biz deməliyik”.
Son xəbərlər
Son Xəbərlər