Ərdoğan seçkini uduzdu- - Koalisiya hökuməti qurula bilər

erdogan-seckini-uduzdu-
Oxunma sayı: 8967


“Qafqazinfo” xəbər verir ki, AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu seçkidən sonra “balkon çıxışı” edib. Davudoğlu AKP-nin bu seçkilərdə qalib gəldiyini bildirib:

“Heç kəs məğlubiyyətini qələbə kimi ortaya çıxarmasın. Heç vaxt əyilmədik, əyilməyəcəyik də…Arxasında tarix və sülh olan əyilməz. AK bir əxlaq abidəsidir. Bu seçkinin qalibi AKP-dir.  Liderliğimizə heş kəsin şübhəsi olmasın. Türkiyənin onurğası bizim partiyadır. Hər kəsə təşəkkürümüzü bildiririk”.

***

“Qafqazinfo” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi Mustafa Varank tviterdə seçki nəticələri barədə yazıb:

“Nə baş veribsə, xeyirə doğrudur. Yetər ki, siyasətin qanunları işləsin. Millətin təqdiri hər şeyin üzərindədir. “Paralel dövlət”in müstəqil namizədlərinin nə qədər səs topladığı ortadadır. “Onların ictimai yükünün olmadığı sübuta yetirildi”.

***

“Qafqazinfo” xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbəri Kamal Kılıçdaroğlu seçki ilə bağlı açıqlama verib. O, demokratiyanın qalib gəldiyini bildirib:

“Hamınızı sevgi ilə qucaqlayıram. Demokratik yolla bir basqıçı iqtidara qalib gəldik. Demokratiya, Türkiyə qazandı. Hər kəsə bir daha təşəkkürümü bildirirəm. Hər birinizə yenidən deyirəm, yaşasın demokratiya!”

***

"Qafqazinfo" xəbər verir ki, HDP-nin (Xalqların Demokratik Partiyası) rəhbəri Səlahəttin Demirtaş seçkinin hazırki nəticələri barədə açıqlama verib, türk xalqına təşəkkürünü bildirib:

“Bu qələbə Türkiyə torpaqlarda yaşayan kürdlərin, türklərin, ermənilərin, ərəblərin, müsəlmanların və xsritianların qələbəsidir. Türkiyənin yoxsulları, əməkçiləri, ədalət və azadlıq tərəfdarı olan bizlər möhtəşəm zəfər və uğura imza atdıq. Hər kəsə, bütün Türkiyəyə indidən təşəkkürlərimizi bildiririk. Hər kəs üçün xeyirli olsun”. 

Səlahəddin Dəmirtaş çıxışında həmçinin AK ilə koalisiyaya getməyəcəklərini vurğulayıb.

***

"Qafqazinfo" xəbər verir ki, hazırda 99,40 faizi hesablanan səslərin bu ana olan nəticəsinə görə, AK partiyası 40,85%, CHP 25,16%, MHP 16,44%, HDP isə 12,77% səs toplayıb.

***

"Qafqazinfo" xəbər verir ki, Türkiyənin keçmiş AK-li millət vəkili və Konstitusiya Komissiyasının rəhbəri Burhan Kuzu seçkinin hazırki nəticələrini dəyərləndirib. O, nəticələrin AK partiya üçün pis olduğunu ifadə edib: 

"Bu mənzərəyə layiq deyildik. Mİllətə xidmət etməkdən başqa heç nə etmədik". 

Türkiyənin uzun müddət koalisiyonlarla çalxalanacaq bir xaosa girəcəyini deyən B.Kuzu bu seçki nəticələrindən hökumət qurmağın mümkün olmadığını bildirib: "Bu mənzərədən hökumət, koalisiya belə çıxmaz. Erkəm seçim qaçınılmaz görünür".

***

“Qafqazinfo” xəbər verir ki, Türkiyədə keçirilən parlament seçkilərində səslərin 98,50 faizi hesablanıb. Bu saata olan nəticəyə görə, hakim partiya səslərin 41,03 faizini, CHP 25,23%, MHP isə 16,53 faizini toplaya bilib. Səsvermənin nəticəsi AK partiyanın iqtidar ola bilmək üçün yetərli səsi toplaya bilmədiyini göstərir. 

***

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, artıq səslərin 84,9 faizi hesablanıb.

Hesablanan səslərin sayına əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 264, CHP 127, MHP 84, HDP 75 millət vəkili mandatı qazanmış olur.

Seçkilərin nəticələri parlamentdə təmsilçilik hüququ qazanan dörd partiyadan heç birinin təkbaşına hökumət qurmaq şansının olmadığını göstərir. Bu baxımdan Türkiyədə yeni hökumətin koalision əsaslarda qurulacağı qaçılmazdır. Hər üç partiya seçkilərdən əvvəl AKP ilə koalisiyaya getməyəcəklərini açıqlasalar da, müşahidəçilər eyni elektorata xitab edən sağ mühafizəkar partiyaların – AKP və MHP-nin koalisiya qura biləcəyi ehtimalının olduğunu bildirir. Əgər koalisiya qurmaq mümkün olmasa, Türkiyədə təkrar parlament seçkiləri keçirilə bilər.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərində 54 milyondan artıq səsvermə hüququ olan seçicilərin 85,2 faizi bu hüququndan istifadə edib.