Ərdoğan seçkiqabağı kampaniyasını musiqisiz keçirəcək

erdogan-seckiqabagi-kampaniyasini-musiqisiz-kecirecek
Oxunma sayı: 1436

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkiləri ilə bağlı kampaniyanı musiqisiz keçirmək barədə qərar qəbul edib. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdoğan özü açıqlayıb. 

Türkiyə lideri fevralın 6-sı ölkədə baş verən zəlzələlər zamanı həlak olanlara hörmət əlaməti olaraq bu qərarı verib: “Kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edirik. Kampaniya musiqisiz keçiriləcək”.

Xatırladaq ki, Ərdoğan ölkədə prezident seçkilərinin mayın 14-ü keçirilməsini təsdiq edib.