Ərdoğan səlahiyyətlərini ona təhvil verdi

erdogan-selahiyyetlerini-ona-tehvil-verdi
Oxunma sayı: 3213

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini Vitse-prezident Fuad Oqtaya təhvil verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilib.

“22 oktyabr 2019-cu il tarixində Rusiyaya səfər edəcəyimdən qayıdana qədər səlahiyyətlərimi Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinə əsasən, Prezident köməkçisi Fuad Oqtaya həvalə edirəm”, -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ərdoğan 7-8 oktyabr tarixlərində Serbiyaya səfər edəndə də səlahiyyətlərini Fuad Oqtaya təhvil vermişdi.