Ərdoğan Səməd Seyidova təşəkkür edib

erdogan-semed-seyidova-tesekkur-edib
Oxunma sayı: 2995

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bir daha xatırladıb ki, Afrin əməliyyatının hədəfi sadəcə terror təşkilatlarıdır: “Avropa Parlamentində hərəkatı istila olaraq göstərmək istəyənlərə söyləyirəm: Gedin istila örnəklərini Liviyada, Ruandada, Malidə axtarın, türk milləti heç bir zaman istilaçı olmayıb. Azərbaycanlı millət vəkili Seyidov qardaşıma dik duruşuna görə təşəkkür edirəm”. 

Xatırladaq ki, S.Seyidov Strasburqda Türkiyənin “Zeytun budağı” əməliyyatını “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə etmişdi. O, Türkiyənin həyata keçirdiyi hərəkatı  İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizə adlandırmışdı.