Ərdoğan Sinan Oğanla müzakirə aparacaq?

erdogan-sinan-oganla-muzakire-aparacaq
Oxunma sayı: 6584

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda dəstək əldə etmək üçün prezidentliyə namizəd Sinan Oğanla müzakirələr aparmayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə CNN-ə müsahibəsində bildirib.

Dövlət başçısı millətinin güclü bir Türkiyə demokratiyası adına hərəkət edəcəyinə əmin olduğunu söyləyib.

Həmçinin oxuyun: Yelo Bank поддержал очередной SHE Congress в Баку

Чиновницу обманул муж - мошенничество на 1 млн

“Mən bu şəkildə müzakirə etməyi sevən biri deyiləm”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Mayın 28-i ikinci tur baş tutacaq.