Ərdoğan Şolts ilə İsrail-Fələstin münaqişəsini müzakirə etdi

erdogan-solts-ile-israil-felestin-munaqisesini-muzakire-etdi
Oxunma sayı: 1320

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə telefonda danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Danışıq əsnasında İsrail-Fələstin münaqişəsi və humanitar böhranın həlli yollarının axtarışı müzakirə edilib.

Ərdoğan görüş zamanı Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini və vasitəçilik də daxil olmaqla bir çox sülhsevər addımlar atmağa hazır olduğunu bildirib.