Ərdoğan Suriyadakı mümkün hərbi əməliyyatlarla bağlı iclas keçirəcək

erdogan-suriyadaki-mumkun-herbi-emeliyyatlarla-bagli-iclas-kecirecek
Oxunma sayı: 1053

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

“Qafqazinfo” “NTV” telekanalına istinadən xəbər verir ki, iclasın əsas mövzusu Yunanıstanın Egey adalarına silah göndərməsi olacaq. 

“Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyata başlaması da iclasda müzakirə ediləcək mövzular sırasına daxildir”, - deyə məlumatda qeyd olunub.