Ərdoğan təcili toplantı çağırdı

erdogan-tecili-toplanti-cagirdi
Oxunma sayı: 5670

Xəbər verdiyimiz kimi, Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.

“Qafqazinfo” "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyənin 22 əsgəri şəhid olub. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə baş verənlərdən sonra Ankarada Prezident İqamətgahında təcili toplantı keçirib. Toplantıda Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak ediblər. Təhlükəsizlik zirvəsi 2 saat davam edib.