Ərdoğan tələb etdi, o da istefa verdi

erdogan-teleb-etdi-o-da-istefa-verdi
Oxunma sayı: 2430

Türkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Rəcəb Altəpə vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Altəpə, vəzifəsindən ayrılsa da bundan sonra üzvü olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılmayacağını, prezident Rəcəb Tayyib Ərdoğana əks getməyəcəyini bildirib:

“Bizə yaraşanı edəcəyik. Böhran şəraiti yaratmayacağıq. Heç bir məsələdə verilməyəcək hesabımız yoxdur. Alnımız açıq, başımız dikdir”.

Qeyd edək ki, Altəpə 2009-cu ildən bu vəzifədə idi.

Bir neçə gün öncə Ərdoğan Bursa ilə yanaşı, Ankara və Balıkesir şəhər bələdiyyə sədrlərini istefaya çağırmışdı.