Ərdoğan Tramp və Putinə zəng etdi

erdogan-tramp-ve-putine-zeng-etdi
Oxunma sayı: 762

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp telefonda “Körfəz böhranı”nı müzakirə ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki lider böhranın həlli yollara barədə fikir bildiriblər.

Görüşün daha geniş detalı açıqlanmayıb.

Ərdoğan daha sonra Rusiya prezidenti Vladimir Putinə zəng edib. 45 dəqiqə davam edən söhbət zamanı Rusiyanın Suriyada PYD/YPG-yə verdiyi dəstəyi kəsməsi və son 10 gündə Türkiyənin Afrin bölgəsini top atəşinə tutmasından sonrakı vəziyyət müzakirə edilib.