Ərdoğan Trampa S-400-lə bağlı işçi qrupu yaratmağı təklif etdi

erdogan-trampa-s-400-le-bagli-isci-qrupu-yaratmagi-teklif-etdi
Oxunma sayı: 987

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla telefon danışığı olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanla Tramp ikitərəfli və regional məsələlərin müzakirəsi daxil olmaqla, 75 milyard dollarlıq ticarət hədəfini müəyyənləşdiriblər. Tərəflər Suriya məsələsindən də danışıblar. Bundan başqa, Ərdoğan Trampa Rusiyadan alınan S-400 müdafiə sisteminin tədarükü ilə bağlı işçi qrupunun yaradılmasını təklif edib.

Türkiyə prezidenti San-Diyeqo şəhərindəki silahlı hücumu pisləyərək amerikalı həmkarına başsağlığı verib.