Prezident Rəcəb Tayyip Ərdoğan Türkiyədə səfərdə olan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun görüş təklifindən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğanın sözçüsü İbrahim Kalın buna səbəb kimi Boltonun Türkiyə səfəri öncəsi İsraildə verdiyi açıqlamasını göstərib.
Trampın müşaviri açıqlamasında ABŞ əsgərlərinin Suriyanın şimalındakı kürdləri qorumağa yönəlmiş razılaşma olmadan geri çəkilməyəcəyini bəyan edib.
Con Bolton İbrahim Kalınla görüşdükdən sonra Türkiyə səfərini başa vurmalı olub.
Dövlət başçısı Ərdoğan da faktı təsdiqləyərək “Boltonun həmsöhbət olacağı şəxs İbrahim Kalındır” sözlərini işlədib.
Son xəbərlər
Son Xəbərlər