Ərdoğan Trampın S-400-lərlə bağlı təklifinə - Cavab verdi

erdogan-trampin-s-400-lerle-bagli-teklifine
Oxunma sayı: 3090

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın S-400 zenit-raket kompleksindən tamamilə imtina etmək təklifinə cavab verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli lider belə bir fikirdə olmadıqlarını deyib:

“Müvafiq şərtlərlə Patriotları da ala bilərik. Ancaq S-400-lərdən tamamilə vaz keçmək kimi fikrimiz yoxdur.

Yunanıstanda da S-300 var, ancaq eyni təklifi rəsmi Afinaya etməyiblər”.