Ərdoğan tramvay sürdü - Fotolar

erdogan-tramvay-surdu
Oxunma sayı: 2074

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada yeni tramvay xəttinin açılışını edib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, tramvayın ilk test-sürüşünü Ərdoğan özü edib.

Prezident nəqliyyat vasitəsini Sakarya bulvarından dayanacağa qədər idarə edib.

Tramvay xətti sabahdan etibarən istifadəyə veriləcək.