Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı

erdogan-turkiyede-vurulan-vaksin-sayini-aciqladi
Oxunma sayı: 2613

“Vətəndaşlarımız səhiyyə xidməti üçün artıq ölkə xaricinə getmir. Hər il yüz minlərlə əcnəbi şəfasını ölkəmizdəki xəstəxanlarda axtarır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hasankeyf-2 körpüsünün açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Türkiyənin koronavirus pandemiyası ilə mübarizəsi həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Qərb mediası tərəfindən nümunə göstərilir:

“Təkcə son bir ildə ümumilikdə 16 min 160 yataq yerli səhiyyə müəssisəsinin inşaatını tamamlayaraq, insanların istifadəsinə verdik.

Dünyada 100-ə yaxıb ölkənin hələ də ilk doz vaksini təmin edə bilmədiyi bir mühitdə biz 20 milyin doz peyvəndi vətəndaşlarımıza tətbiq etdik”.