Ərdoğan Ukraynada səfərdədir - Yenilənib

Ərdoğan Ukraynada səfərdədir
Oxunma sayı: 3579

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə bu gün Lvova birgünlük işgüzar səfər edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın Zelenski ilə görüşü zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Səfər zamanı V. Zelenski və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

Xəbəri rus dilində oxuyun: Этот поступок Президента на концерте стал самым обсуждаемым в соцсети - Видео

***

Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan Esenboğa hava limanından özəl “TUR” təyyarəsi ilə Ukraynaya rəsmi səfərə gedib.

Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir, AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik və “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar var.

***

R.T.Ərdoğan artıq Ukraynada səfərdədir.