Ərdoğan və Baxçalı arasında tarixi görüş

erdogan-ve-baxcali-arasinda-tarixi-gorus
Oxunma sayı: 1746

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş keçirilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, iki partiya lideri parlament və prezident seçkilərinə 1 ildən artıq vaxt qalmasına baxmayaraq görüş təşkil edərək ilkə imza atıblar.

35 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Baxçalı bir neçə gün öncə açıqlamasında prezident seçkilərində namizədliyini verməyəcəyini və Ərdoğanı dəstəkləyəcəyini bildirmişdi.