Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Görüş Türkiyə Prezidentinin iqamətgahında baş tutub.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiyi məsələlər açıqlanıb.
Bununla bağlı “TRT Haber” məlumat yayıb.
Görüşdə Ərdoğan enerji və nəqliyyat sahələrində birlikdə əməkdaşlıq etmənin hər iki ölkənin mənafeyinə uyğun olduğunu vurğuladı.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Türkiyə Prezidenti Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin normallaşma prosesi üçün vacib olduğunu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər