Ərdoğan və Əl Sani telefonla danışıb

erdogan-ve-el-sani-telefonla-danisib
Oxunma sayı: 720

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmin bin Hamed Əl Sani arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında 15 iyul Demokratiya və Milli Birlik Günü, bir il əvvəl baş vermiş çevrilişə cəhd, türk xalqının qəhrəmanlığı və ikitərəfli münasibətlərdən danışıblar.  

Əmir prezident Ərdoğana İstanbulda şiddətli yağış səbəbindən baş verən problemlərlə görə də kədərləndirdiyini bildirilib.