Ərdoğan və Merkel Suriyanı müzakirə etdi

erdogan-ve-merkel-suriyani-muzakire-etdi
Oxunma sayı: 1024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər danışıqlar zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Dialoq zamanı ABŞ, Böyük Britaniya və Fransanın Suriyada başlatdıqları hərbi əməliyyatlar müzakirə olunub.

Liderlər Suriyanın ərazi bütövlüyünün qorunmasının, həmçinin ölkədə siyasi nizamlanma prosesinin irəliləyişini təmin etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar.