Ərdoğan və Trampın görüş vaxtı dəqiqləşdi

erdogan-ve-trampin-gorus-vaxti-deqiqlesdi
Oxunma sayı: 747

ABŞ prezidenti Donald Тramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı mayın 16-da Vaşinqtonda qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Тramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı mayın 16-da Ağ Evdə qəbul edəcək. Liderlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və terrorizminlə mübarizədə əməkdaşlığın dərinləşməsinə yollarını müzakirə edəcəklər”, - deyə məlumatda qeyd edilib.