Ərdoğan xorvatiyalı həmkarına təşəkkür etdi

erdogan-xorvatiyali-hemkarina-tesekkur-etdi
Oxunma sayı: 1473

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tunis Prezidenti Kays Sayid və xorvatiyalı həmkarı Zoran Milanoviçlə telefon danışığı olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan tunisli liderlə ikitərəfli əlaqələr və regional məsələlərə toxunub. O, Tunisin inkişafının, daxili sabitliyinin bölgənin də rifahı baxımından son dərəcə vacib olduğunu qeyd edib.

Türkiyə Prezidenti Milanoviçlə meşə yanğınları ilə mübarizədə işbirliyi və ölkələr arasında münasibətləri müzakirə edib. Ərdoğan Xorvatiyadan göndərilən amfibiya təyyarəyə görə Milanoviçə təşəkkürünü bildirib.

Qeyd edək ki, Xorvatiya bu gün Türkiyəyə  Canadair CL-415 tipli təyyarə göndərib.