Ərdoğan yeni hökumətin əsas vəzifəsindən danışdı

erdogan-yeni-hokumetin-esas-vezifesinden-danisdi
Oxunma sayı: 3070

“Türkiyənin ixracatının 2023-cü ildə 265 milyard dollara çatacağı gözlənilir”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, iqtisadiyyatı gücləndirməyə davam edəcək.

Türkiyə Prezidenti yeni hökumətin əsas vəzifələrindən birinin inflyasiyanın azaldılması olduğunu söyləyib.

“Biz inflyasiyanı yenidən tək rəqəmə endirəcəyik” – deyə Ərdoğan vurğulayıb.