Ərdoğan yeni məmurlarla basketbol oynadı - Foto

erdogan-yeni-memurlarla-basketbol-oynadi
Oxunma sayı: 6420

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) yeni rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və müavinləri ilə basketbol oynayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı ölkənin gənclər və idman naziri Osman Aşkın Bak paylaşım edib.

O, fotonu “prezidentimizlə basketbol oynamağa davam edirik. Arxa lövhədə də gördüyünüz kimi, Yaşıl Komanda qalib gəlir. Formadayıq”, - şərhi ilə paylaşıb.