Ərdoğan yenidən AKP-nin sədri seçildi

erdogan-yeniden-akp-nin-sedri-secildi
Oxunma sayı: 1537

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyənin hakim partiyasının VII Qurultayında keçirilən səsvermədən sonra məlum olub.

Ərdoğan sədrliyə tək namizəd olub. 1431 keçərli səsin 1428-ni alan Prezident sədr seçilib. Üç səs isə keçərsiz hesab edilib.

Bundan başqa, partiyanın 75 üzvdən ibarət Mərkəzi Qərar və İdarə Şurası da seçki ilə müəyyənləşdirilib.