Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Prezident Ərdoğan Vanda “Gənclik Buluşması” proqramında danışıb.
“Bütün dünya iqtisadi dalan içindədir. Bir tərəfdən Ukrayna-Rusiya müharibəsi var. Biz ciddi şəkildə bilirik ki, kənd təsərrüfatı məhsulları bu ölkələrdən gəlir. Bizim problemimiz yoxdur. Ehtiyatımızda 5 milyon buğda var. Nazir yoldaşlarım danışıqlar aparıblar. Biz bu işi fərqli bir ölçüyə gətirmək üçün təkcə özümüzə deyil, üçüncü ölkələrə də mal göndərmək prosesində olacağıq. Bu danışıqlar gedir. Gələn həftə həm cənab Putin, həm də Zelenski ilə görüşəcəyik və hansı addımları atacağımızı müzakirə edəcəyik”,- deyə Ərdoğan bildirib.
Son xəbərlər
Son Xəbərlər