Ərdoğan Zelenskini təbrik etdi

erdogan-zelenskini-tebrik-etdi
Oxunma sayı: 859

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski arasında telefon danışığı olub.

“Qafqazinfo”nun “CNNturk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ərdoğan Zelenskini qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, V. Zelenski 73 faiz səslə Ukrayna prezidenti seçilib.