Ərdoğan Zelenskiyə zəng etdi

erdogan-zelenskiye-zeng-etdi
Oxunma sayı: 2076

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan qeyd edib ki, Ukraynanın hazırda Rusiyanın nəzarətində olan bəzi bölgələrində “referendum”ların təşkil edilməsi diplomatik prosesin canlandırılması üzrə səyləri çətinləşdirir.