Ərdoğan zəlzələ zonasındadır

erdogan-zelzele-zonasindadir
Oxunma sayı: 2239

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən Elazığ şəhərinə gedib. “Qafqazinfo” bildirir ki, bu barədə “NTV” telekanalı xəbər verib.

Məlumata görə, Türkiyə liderinin təyyarəsi Elazığ əyalətində eniş edib. Ərdoğanın xilasetmə işləri aparılan rayonlara səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.