Hərbi çevrilişə etiraz edən “Yeni Şafak” qəzetinin foto-müxbiri Mustafa Cambaz əsgərlərin açdığı atəş nəticəsində həyatını itirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı qəzetin baş redaktoru İbrahim Karagül twitter hesabında yazıb. O, foto-müxbirin son tvitini paylaşıb:
“Şəhidimiz Mustafa Cambazın son mesajı: “Baş komandir Ərdoğanın istəyi və əmri ilə küçəyə çıxırıq””.

Son xəbərlər
Son Xəbərlər