Ərdoğandan Abdullah Gülün qərarına - Münasibət

erdogandan-abdullah-gulun-qerarina
Oxunma sayı: 4955

Türkiyənin sabiq prezidenti Abdullah Gül iyunun 24-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sələfinin bu qərarını şərh edib.

“Seçki meydanı hər kəsə açıqdır. Bu məqamda hər bir siyasi partiya öz namizədini tez bir zamanda müəyyənləşdirməlidir. Ona görə də kampaniyamızı dəyərləndirəcək addımları atmalıyıq”, - deyə Ərdoğan bildirib.