Türkiyə prezidenti Ərdoğan Avropa İttifaqını Şengen bölgəsinə vizasız gediş-gəliş üçün irəli sürdüyü şərtlərə görə sərt şəkildə qınayıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, prezident çıxışında Aİ-nin terrorla mübarizə qanununda dəyişiklik edilməsi ilə bağlı şərtinə etiraz edib:
“Türkiyə dörd bir yandan terror təşkilatlarının və onların dəstəkçilərinin hücumu altında ikən, hazırda Aİ viza üçün “terrorla mübarizə qanununu dəyişin” deyir. Siz Aİ parlamenti qarşısında çadır quranlara qarşı zehninizi niyə dəyişdirmirsiniz? Üzrlü sayın, biz yolumuzla gedirik, sən də öz yolunla get. Kiminlə anlaşırsınız onunla da anlaşın”.
Son xəbərlər
Son Xəbərlər