Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kino və teatr aktyoru Halit Akçatepenin ölümü ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:
“Türk kino və teatrının hörmətli adlarından Halit Akçatepenin vəfatını dərin bir kədərlə öyrəndim. Canlandırdığı obrazlar və sənətçi xarakteri ilə hər yaşda olan vətəndaşımızın sevgisini qazanıb.
Aktyor hər zaman da sevgi və sayğı ilə anılacaq. Mərhum Akçatepeyə Allahdan rəhmət, yaxınları və sevənlərinə başsağlığı diləyirəm”.

Son xəbərlər
Son Xəbərlər