Ərdoğandan Azərbaycan dilində təbrik

erdogandan-azerbaycan-dilinde-tebrik
Oxunma sayı: 2594

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May-Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına təbrik ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan tvitter mikrobloqundakı təbrikini Azərbaycan dilində yazıb:

“Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - deyə Türkiyə prezidenti qeyd edib.