Ərdoğandan Davudoğlu açıqlaması - “Kimlərisə narahat etdi...”

erdogandan-davudoglu-aciqlamasi
Oxunma sayı: 3771

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Davudoğlunun postunu tərk etməsi ilə bağlı qərarına münasibət bildirib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan baş nazirə indiyə qədər onunla birgə çalışdığı üçün təşəkkürünü bildirib:

“Bu günlərdə məlum sıxıntılar yaşayırıq. Birliyi daha da gücləndirməliyik. AK partiyası konqres qərarı aldı. Cənab baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarların xeyirli olmasını Allahdan diləyirəm. Mən də uzun illər birgə çalışdığım cənab Davudoğluna təşəkkür edirəm.

Bu cür məqamlar bayraq yarışı kimidir. Mən də Güldən almışdım. 40 illik dava yoldaşlarımın da içərisində olduğu bu partiya ilə əlaqəli prosesləri yaxından təqib etməyim kimlərisə narahat edib. Hər dəyişiklik yeni bir həyəcan gətirir”.