Ərdoğandan Hakan Atilla açıqlaması

erdogandan-hakan-atilla-aciqlamasi
Oxunma sayı: 2508

“Hakan Atillanın başına gələnlər başda mən olmaqla, bütün dostlarımızı üzüb, qəlbini qırıb”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Malayziya prezidenti Manathir Muhammedlə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan ABŞ-da həbsdən qurtulub Türkiyəyə göndərilən “Halk Bank”ın idarə heyətinin baş icraçı direktorunun keçmiş müavini Hakan Atilla ilə telefon danışığı apardığını bildirib:

“Telefon danışığı zamanı “əvvəlcə ailənlə, uşaqlarınla tətil elə, sonra səni Ankarada iqamətgahımda gözləyirəm” dedim. Bizim üçün Hakan Atilla hər hansı baryer mövzusu deyil. O, bizim övladımızdır. Ona sahib çıxmayacağıqsa, kimə çıxacağıq?”.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.