Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə danışıb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, Ərdoğan seçki prosesinin bitdiyini, lakin bununla da məhkəmə prosesinin başladığını bildirib:
“Məhkəmə prosesində bu işin 3 mərhələsi var: Şəhər, rayon seçki qurumları və Mərkəzi Seçki Komissiyası (MSK).
MSK məhkəmə prosesinin demək olar ki, rəhbəridir. Yekun qərarı o verəcək”, - deyə prezident söyləyib.
Türkiyə prezidenti rəsmi Vaşinqtonun səslərin yenidən sayılmasına etiraz etməsinə də münasibət bildirib: “ABŞ da, Avropa da bilsin ki, Türkiyə bütün dünyaya demokratiya dərsini vermiş bir ölkədir. Hər kəs həddini bilsin. Onlar bizim kimi demokratiya mübarizəsini aparırlar?! Aparmırlar!”.
Son xəbərlər
Son Xəbərlər