Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezidentlərin mümkün görüşünün təşkil edilməsini müzakirə etmək üçün rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparmaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
“Putin və Zelenski ilə danışıqlar aparmaq istəyirəm. Onlara deyəcəyəm ki, hazırda məqsədimiz mümkün olan tez bir zamanda onların görüşünü təşkil etməkdir. Ümid edirəm ki, Putin və Zelenski arasında görüşün tarixini razılaşdıra biləcəyik, biz bu görüşü təşkil etməyə hazırıq”, - deyə Ərdoğan jurnalistlərə açıqlamasında söyləyib.
Bununla yanaşı, Ərdoğan bildirib ki, Türkiyə qarant ölkələrdən biri olmağa hazırdır.
Son xəbərlər
Son Xəbərlər