Ərdoğandan “Qalatasaray”a dəstək - “UEFA səhv edib”

erdogandan-qalatasaraya-destek
Oxunma sayı: 1183

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nı tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qitənin ali futbol qurumunun “Qalatasaray”ı bir il müddətinə avrokuboklardan kənarlaşdırmaqla bağlı qərarına etiraz edib.

Yerli mətbuatın yazdığına görə, Ərdoğan cəzanı təqsiri olan klub rəhbərliyinə verilməli olduğunu bildirib. Həmçinin UEFA-nın bu cəza ilə həm də “aslanlar”ın azarkeşlərini cəzalandırdığını bildirib. Ölkə başçısı qurumun bu qərarının haqsız olduğunu deyib.

Qeyd edək ki, İstanbul klubu Ünal Aysalın prezidentliyi dönəmində yol verilən planlaşdırılmamış xərclərə görə cəzaya məruz qalıb.