Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan ATƏT-in Minsk qrupu həmsədrlərinin bu problemi həll edə bilmədiklərini vurğulayıb:
“Dağlıq Qarabağ problemini görməməzliyə vura bilmərik. 20 ildən çoxdur ki, davam edən görüşlərdə nəticə əldə edilməyib. Odur ki, biz öz göbəyimizi, bərabər, birlikdə kəsmək məcburiyyətindəyik”.
Son xəbərlər
Son Xəbərlər