Ərdoğandan Sarkisyana bayram dəvəti

erdogandan-sarkisyana-bayram-deveti
Oxunma sayı: 2258


“Qafqazinfo”  Trend-ə istinadən xəbər verir ki, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.