“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan seçkidən sonra yeni proseslərin başladığını və sabitliyin qorunması üçün siyasi partiyaların həssaslıq göstərməli olduğunu bildirib:
“Seçkilərdə iştirakçı sayının çoxluğu əziz millətimizin iradəsinin sandıqda öz əksini tapması və demokratiya məsələsində qərarlılığının ifadəsidir. Nəticənin heç bir partiyaya tək başına iqtidar olmaq imkanı vermədiyi bir durumda yarışa qatılan bütün partiyaların bunu sağlam və real dəyərləndirmə kimi qəbul edəcəklərinə inanıram. Nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm”.
Son xəbərlər
Son Xəbərlər