Berlində Türkiyə səfirliyinin binasına ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Adolf Hitlerə bənzədilən portreti çəkilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, portreti çəkən naməlum rəssamlar Ərdoğanı Hitlerin bığları və nasist sarğısı ilə təsvir ediblər. Səfirliyin divarında isə “O qayıdıb” yazılıb.
İlkin ehtimala görə, fotonun müəllifi “Pixel Helper” aktivist qrupunun üzvləridir. Onlar bu yaxınlarda Türkiyədə həbs edilən iki jurnalistə görə etiraz ediblər.
Son xəbərlər
Son Xəbərlər