Ərdoğanı ilk təbrik edənlər - 3 keçmiş baş nazir oldu

erdogani-ilk-tebrik-edenler
Oxunma sayı: 713

Xəbər verdiyimiz kimi, dünən Türkiyədə keçirilən referendumdan sonra 51 faiz “evet”lə konstitusiyaya dəyişikliklər qəbul edilib. Türkiyə 2019-cu il noyabrın 3-dən prezident idarə üsuluna keçəcək.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanı qələbəsi münasibətilə ilk təbrik edənlər keçmiş baş nazirlər – Yıldırım Akbulut, Mesut Yılmaz və Tansu Çiller olub.

Siyasətçilər Ərdoğanla telefon əlaqəsi saxlayaraq ona uğur arzulayıblar.