Ərdoğanı öldürmək istədilər

erdogani-oldurmek-istediler
Oxunma sayı: 1481


“Qafqazinfo”  Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir İstanbulda Sultanqazidə bələdiyyə binasının açılışına qatılıb. Açılış zamanı mühafizəçilər insanların arasında əlində silah olan sui-qəsdçini aşkar edib. Polislərin onu gördüyünü başa düşən sui-qəsdçi silahını baş nazirin maşınına tərəf tullayıb. Polislər tərəfindən zərələşdirilən şəxs saxlanılıb

Polislər sui-qəsdçinin 32 yaşlı, adı şərti olaraq F.Y. olduğunu təyin edib. Şübhəli F.Y. dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb. Haqqında araşdırma aparılan  F.Y-nın əqli vəziyyətinin normal olduğu dəqiqləşdirilib.