Ərdoğanı təhqir edən modelyerə 5 il iş istənildi

erdogani-tehqir-eden-modelyere-5-il-is-istenildi
Oxunma sayı: 1844

Tez-tez Türkiyə vətəndaşlarını və siyasətçiləri təhqir-tənqid edən məşhur modelyer Barbaros Şansala qarşı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, “Sabah” qəzetinin məlumatına əsasən, o, bu dəfə Prezident Rəcəb Tayyip Ərdoğan haqqında qeyri-etik ifadələr işlədib.

Sosial şəbəkədə post paylaşan modelyer haqqında araşdırma aparılıb və o, məhkəməyə verilib.

B. Şansalın 5 il müddətinə həbs olunması tələb olunub.