Ərdoğanın avtobusuna hücum

erdoganin-avtobusuna-hucum-
Oxunma sayı: 1154


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam Varsaklar məhəlləsində baş verib. Mustafa Elibolun idarə etdiyi və üzərində prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın loqo, şəkil və “Mənim prezidentinim Rəcəb Tayyib Ərdoğan” yazısı olan  01 RT 581 nömrəli “Jeep” markalı avtomobilə  şəxsiyyəti naməlum 3 şəxs hücum edib. Hücum edən şəxslər sürücü Mustafa Elibola "Sən hələ ağıllanmamısan? Səni artıq Rəcəb Tayyib Ərdoğan da xilas edə bilməyəcək”  deyərək avtomobilinin şüşəsini sındırıb və təkərlərini bıçaqla kəsiblər. Cinayətkarlar qaçdıqdan sonra Mustafa Elibol polisə müraciət edib. Polis  hadisə ilə əlaqədar istintaqa başlayıb.

AK Partiya Kozan İlçe Başkanı Vəli Gelebek hadisəni izlədiklərini bildirib.