Ərdoğanın Azərbaycana səfəri başa çatdı - Foto

erdoganin-azerbaycana-seferi-basa-catdi
Oxunma sayı: 1952

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 15-də başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.